Çavuşoğludan ABŞ-a sərt sözlər: "Səbrimiz qalmayıb"

"Dərhal ABŞ-la təhlükəsizlik bölgəsi ilə razılığa gəlməyimiz lazımdır"
Sputnik

BAKI, 24 iyul — Sputnik. "Birləşmiş Ştatların yeni təklifləri bizi qane edəcək səviyyədə deyil. Dərhal təhlükəsizlik zonası ilə bağlı razılığa gəlməliyik". Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nikaraquadan olan həmkarı Denis Moncada ilə birgə keçirdiyi mətbuat konfransında Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına münasibət bildirərkən qeyd edib.

"Birləşmiş Ştatların təklif etdiyi yeni təkliflər bizi qane etmir. Dərhal (ABŞ-la) təhlükəsizlik bölgəsi ilə razılığa gəlməyimiz lazımdır. Bizim artıq səbrimiz qalmayıb", - Çavuşoğlu qeyd edib.