SƏHİYYƏ

Yeni bəla var – İndi də “kokos”a keçiblər

Baş narkoloq deyir ki, narkomanlarımız artıq sintetik maddələrə keçiblər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Azərbaycanda narkomanlar arasında narkotikin ağır növlərindən istifadə edənlərin sayı artıb. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri verib.

Balakən və Şəkidə 3 tondan çox narkotik bitki tapıldı

O, bildirib ki, əvvəllər narkomanlar arasında heroindən istifadə hallarına daha çox rast gəlinirdi: "Son illər isə ağır narkotik qruplara aid narkotik maddələrdən istifadə edənlər daha çoxdur. Onlar arasında yeni növ sintetik narkotik maddələrdən istifadə edənlərin sayı artır. Sintetik narkotik maddələr xüsusi təhlükəli hesab edilir. Narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən "kokos"dan istifadə edirlər".

Manuçəri bildirib ki, narkotik vasitə istifadəçisinin müalicəsi çətindir, amma xəstə könüllüdürsə, müalicəsi mümkündür. Onun sözlərinə görə, son bir neçə ildə narkotik vasitələrin zərəri ilə bağlı ciddi təbliğat, maarifləndirmə kampaniyaları aparılır. Bu isə narkomaniyadan əziyyət çəkənlər arasında könüllü müalicə almaq istəyənlərin sayının artmasına təsir edir.