Yayın ən gözlənilən festivalı olan “Jara-2019”-a çox az qalıb. Festivalda çıxış etmək üçün Azərbaycana ilk gələn qonaq da məhz Filip Kirkorov olub. Bu dəfə Rusiya estradasının kralı Bakıya iki uşağı – yeddi yaşlı Martin və səkkiz yaşlı Alla ilə birgə gəlib.
Qeyd edək ki, “Jara-2019” festivalının açılışı artıq sabah, iyulun 25-də baş tutacaq.