QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda əsgər ölümünün səbəbi bilindi

Əsgər baş giziri güllələyib, daha sonra intihar edib
Sputnik

BAKI, 24 iyul — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər hərbçi yoldaşını güllələyib. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

"2019-cu il iyulun 23-də saat 22:55 radələrində N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan "AK-74" avtomat silahından baş gizirə atəş açıb. Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib".

V.Qaloyan avtomatını götürərək ərazini tərk edib: "İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralıda, alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub" - Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Naira Arutyunyan "Facebook" səhifəsində yazıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.