BAKI, 24 iyul — Sputnik. "Bakı! Jara! Qarşıla! Biz gəlirik!".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Rusiya, Ukrayna, Moldovanın xalq artisti Filipp Kirkorov öz "Instagram" səhifəsində paylaşıb. Müğənni ailəsi ilə birlikdə Jara festivalında iştirak etmək üçün təyyarə ilə Soçidən Bakıya yollanıb. "Biz ailəmizlə musiqi macərası və eksperimenti ardıyca yola düşdük. O yerdəki mənim dostum Emin var orada hər şey şən, dadlı və musiqilidir" - deyə müğənni paylaşımına əlavə edib.
Qeyd edək ki, "Jara" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.