Başsındıran IQ test: bu üç sualın cavabını tapa bilərsənmi?

Suallar ilk baxışda asan görünsə də, bu belə deyil
Sputnik

BAKI, 24 iyul — Sputnik. Massaçusets Texnologiya İnstitutunun (MİT) professoru Şeyn Frederik üç sualdan ibarət olan ən qısa IQ testi hazırlayıb.

Sputnik Azərbaycan "The Mirror" nəşrinə istinadən xəbər verir ki, test əslində 2005-ci ildə hazırlanıb, lakin alimin tədqiqatı bu yaxınlarda nəşr olunub və böyük marağa səbəb olub.

Kişilər, yoxsa qadınlar daha çox danışır - Maraqlı test

Testdə 3 mindən çox insan iştirak edib, lakin onların yalnız 17%-i (yəni hər altı nəfərdən biri) bütün suallara düzgün cavab verə bilib.

Suallar aşağıdakı kimidir:

1) Tennis raketkasının və tennis topunun birlikdə qiyməti 1,1 dollardır. Raketka topdan 1 dollar bahadır. Topun qiyməti neçədir?

2) Toxuculuq fabrikində beş maşın beş dəqiqəyə beş məmulat istehsal edir. Bəs 100 maşın 100 məmulatı neçə dəqiqəyə istehsal edər?

3) Göldə suzanbağıları bitir. Hər gün onların sayı iki dəfə artır. Suzanbağıları gölün səthini tam olaraq 48 günə örtür. Onlar neçə günə gölün səthinin yarısını örtərlər?

Professor Şeyn Frederik qeyd edib ki, ilk baxışda suallar asan görünsə də, bu belə deyil. İpucu olaraq alim ağla birinci gələn cavabı verməməyi məsləhət görür.

Ən çox verilən səhv cavablar müvafiq olaraq "10 sent", "100 dəqiqə" və "24 gün" cavablarıdır.

Bu sualların cavabları belədir: "beş sent", "beş dəqiqə" və "47 gün".