Ağ Evdə Türkiyə davası – Bunu Trampdan heç kim gözləmirdi

Məsələ ilə bağlı qızğın və çətin mübahisələr yaşanıb
Sputnik

BAKI, 24 iyul — Sputnik. Birləşmiş Ştatların prezidenti Donald Trampın Ağ Evdə Respublikaçı Partiyasından olan sentorlarla baş tutan toplantısına dair məlumatlar mətbuatda yayılmağa başlayıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Washington Post" nəşri toplantıda Trampın yüksək rütbəli bir şəxslə mübahisə edib.

Nəşr qeyd edir ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Ceyms E Risşin rəhbərlik etdiyi Respublikaçı partiyasından olan nümayəndə heyəti Rusiya istehsalı "S-400" hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə qarşı hələ də sanksiya tətbiq etmədiyinə görə Trampa təzyiq göstərib.

Toplantıda yer alan mənbə vurğulayıb ki, toplantıda Tramp Türkiyəyə qarşı sərt sanksiyalar yerinə müzakirələrin aparılmasını dəstəkləyib. Prezident Trampın bu mövqeyi toplantıda gərginliyə yol açıb. Nəticədə Risş və prezident mübahisə etməyə başlayıb.

Bu mübahisə, spesifik olaraq Türkiyəyə qarşı yönəlik mümkün sanksiyaların müzakirə olunması üçün gerçəkləşdirilən toplantıya son qoyub.

Toplantı sonrası məsələyə münasibət bildirən Ceyms Risşin sözçüsü Syuzan Vrasse isə qeyd edib ki, otaqdakı hər kəs ortada bir çox variantın olduğunu bilirdi: "Məsələ ilə bağlı qızğın və çətin mübahisələr yaşanıb".