MƏDƏNİYYƏT

Ukraynada Müslüm Maqomayev adına küçə oldu - Qadınlar bu qərardan narazı ola bilərlər

Dnepr Şəhər Şurasının deputatları müvafiq qərarı qəbul edib
Sputnik

BAKI, 24 iyul — Sputnik. Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib. Bu barədə Sputnik Azərbaycan "Ukrinfrom"a istinadən xəbər verir.

Məlumata əsasən Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.

Xatırladaq ki, 8 mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi təklifini "Dnepropetrovşina azərbaycanlılarının Liqası" irəli sürüb.