Uşaqlar bağçadan qaçdı, tərbiyəçinin xəbəri də olmadı

Müəssisəsinin müdirinin, onun müavinin və tərbiyəçinin işdən azad edilməsi tələb edilib
Sputnik

BAKI, 23 iyul — Sputnik. Rusiyanın Saratov şəhərində yerləşən uşaq bağçasından uşaqların qaçması qalmaqala səbəb olub.

Məktəb problemlərinin kökü - Qışqıraraq uşaq psixologiyasına təsir etmək cəhdi

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, keçən cümə iki uşaq 174 saylı uşaq bağçasının ərazisini özbaşına tərk edib. Uşaqlar bağçadan qaçandan iki saat sonra polislər onları taparaq ailələrinə qaytara biliblər.

Qeyd edilir ki, tərbiyəçinin uşaqların bağçadan qaçmasından xəbəri olmayıb. Yalnız uşaqlardan birinin nənəsinin onu götürmək üçün bağçaya gəlməsindən sonra onların bağçada olmadığı aydın olub.

Yeri gəlmişkən Saratov şəhərinin başçısı Mixail İsayev uşaqların bağçadan heç bir maneə olmadan qaçması səbəbindən təhsil müəssisəsinin müdirinin, onun müavininin və tərbiyəçinin işdən azad edilməsini tələb edib.