CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan Sarayı üç qurumdan "hə" cavabını gözləyir

Şəki xan sarayına girişin bərpa olunması üçün danışıqlar gedir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. “Şəki Xan Sarayının yenidən ziyarətçilər üzünə açılması dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.  O bildirib ki, razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək.

Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir
K. Quluzadənin sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: "Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır. Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb. Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Şəki Xan Sarayında baş vermiş hadisə ilə əlaqədar olaraq bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, digər məsələlər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Biz hazırda bu qurumların müsbət rəyini gözləyirik”.

K. Quluzadə bildirib ki, binanın gələcəkdə təhlükəsizliyinin təmin olunması məsələsi də hazırda müzakirə olunur.  Onun sözlərinə görə, ağacların budanması, yanğından mühafizəsinın tarixi abidəyə zərər verməmək şərtilə təşkil edilməsi üzərində düşünülür.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.