Söz savaşı iki qonşu xalqı üz-üzə qoydu: ölən və yaralılar var

Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib
Sputnik

BAKI, 23 iyul — Sputnik. Qırğızıstan-Tacikistan sərhədində, Batken vilayətində yenidən atışma baş verib. 

Qırğızıstanda vilayət prokuroru qətlə yetirilib
Sputnik Qırğızıstan xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir.

Qurumdan bildirilib ki, vəziyyət gərginləşib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Tacikistan tərəfindən Qırğızıstan vətəndaşları istiqamətinə ayrı-ayrılıqda iki dəfə atəş açılıb.

İsfara-Voruh şosesində hərəkət dayandırılıb. Tacikistan vətəndaşları isə İsfana – Batken yolunda hərəkəti bağlayıblar. Bu gün hər iki ölkənin sərhəd qurumlarının rəhbərlərinin görüşü planlaşdırılır.

Qeyd edək ki, bazar ertəsi axşam saatlarında Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə münaqişə baş verib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Voruh kəndinin (Tacikistan Respublikası) sakinləri yaşayış məntəqəsinin girişində bayraq dirəyi quraşdırmaq istəyiblər. Buna isə Ak-Say (Qırğızıstan Respublikası) kəndinin sakinləri etiraz ediblər. Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib. Qırğızıstan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, atəşi mülki şəxslər aça bilərlər. Çünki atəş ov tüfəngindən açılıb. İlkin olaraq insident nəticəsində 5 nəfərin yaralandığı bildirilsə də, sonradan onların sayı 14-ə çatıb.

“Bakıya gəlməyim taleyin işidir” və ya tacikistanlı modelyerin düşbərə əhvalatı

Daha sonra Xidmətdən bildirilib ki, Qırğızıstan – Tacikistan sərhədində vəziyyət gərgindir, lakin nəzarət altındadır.

"RİA Novosti" isə xəbər verir ki, Tacikistan – Qırğızıstan sərhədində baş verən insident zamanı bir nəfər ölüb. Ölən şəxsin orta məktəb müəllimi olduğu qeyd olunur. O, gözündən güllə yarası alıb və hadisə yerində ölüb.

Bu arada məlumat yayılıb ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov sərhədin demarkasiyası üçün Tacikistana səfər edərək Emomali Rahmonla müzakirələr aparacaq.