Paşinyan səlahiyyətlərindən yenə imtina etdi

Ermənistanın baş naziri tez-tez məzuniyyətə gedir
Sputnik

BAKI, 22 iyul — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan 10 günlük məzuniyyətə gedib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan özü bununla bağlı sərəncam imzalayıb.

Paşinyan məzuniyyətdə olduğu vaxt onun səlahiyyətlərini Tiqran Avinyan icra edəcək.

Qeyd edək ki, bu il Paşinyan bir neçə günlük, iyunun ilk günlərində məzuniyyətə çıxmışdı. İndi isə o, iyulun 22-dən  avqustun 5-dək məzuniyyətdə olacaq.