CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman festivalı ilə əlaqədar olaraq xəstəxanaya müraciətlər olub

Təcili Tibbi Yardım briqadalarına 6 müraciət daxil olub
Sputnik

BAKI, 23 iyul — Sputnik. Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

Baş verən hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, müraciətlərdən 5-i kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər. Onlardan biri isə 18 yaşlı türkiyəli basketbolçu qız olub. Sol diz oynağının travması ilə müraciət edən həmin idmançı Təcili Tibbi Yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və yardım edildikdən sonra buraxılıb.

Hazırda həmin idmançının vəziyyətinin normal olduğu bildirilir.