CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müşviq Ələsgərli: “Artıq nə televiziya, nə radio, nə jurnalistika ənənəvi deyillər”

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyir ki, yeni multimediya-kommunikasiya vasitələrindən istifadə etmək bütün KİV-lər qarşısında dayanan dövrün bir tələbidir.
Sputnik

“İndi nə televiziya, nə radio, nə jurnalistika ənənəvi deyillər – prinsiplər, metodologiya və baxış sistemi dəyişir”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib.

Onun sözlərinə görə, indi biz multifunksional jurnalistlərdən danışırıq: "Jurnalist həm kamera ilə çəkməyi, həm müsahibə götürməyi, həm yazmağı, həm də montaj edib onu sayta yerləşdirməyi bacarmalıdır".

"Biz artıq klassik mənada televiziyadan danışa bilmirik. Televiziyanın texniki imkanı efir məkanına çıxmaq və yayılmaqdır. Lakin bu gün, gəlin baxaq, o televiziyaya efir tezliyində baxan tamaşaçı nə qədərdir və onun onlayn versiyasını izləyənlər nə qədərdir", - deyə Ələsgərli bildirib.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.