Əfqanıstan İsraildən sonra dünyada ikinci oldu - Trampın sayəsində

Trampın "humanistliyi" insanları riqqətə gətirə bilər
Sputnik

BAKI, 23 iyul — Sputnik. "ABŞ istəsəydi, Əfqanıstanı bir neçə gün ərzində "yer üzündən silə bilərdi".

Sputnik Azərbaycan "USA Today" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Əfqanıstanda otelə hücum çəkənləri məhv etdilər

Trampın sözlərinə görə, ABŞ Əfqanıstanda müharibə aparmaq əvəzinə artıq 20 ilə yaxındır ki, orada xidmət edən qoşunların sayını azaltmağa qərar verib.

"Əfqanıstanda müharibə aparmaq və qələbə çalmaq istəsəydik, mən o müharibəni bir həftəyə qazanardım. Mən sadəcə 10 milyon adamı öldürmək istəmirəm", - Tramp Pakistan Baş Naziri İmran Xan ilə keçirdiyi iclas zamanı jurnalistlərə deyib.

Qeyd edək ki, hazırda Əfqanıstanda 14 min amerikalı əsgər xidmət çəkir.

Xatırladaq ki, Əfqanıstan xəritədən "silinmək" təhlükəsi ilə rastlaşan ilk dövlət deyil. Vaxtilə Türkiyə rəhbərliyi yeni yaradılmış İsrail dövlətini "üç günə dənizə ata biləcəyini" iddia etmişdi.