Britaniyanın yeni baş nazirinin adı açıqlandı

Əsas postlara təyinatların sabah axşam saatlarında elan olunması gözlənilir
Sputnik

BAKI, 23 iyul — Sputnik. Böyük Britaniyanın Mühafizəkarlar partiyasının yeni rəhbəri ölkənin sabiq xarici işlər naziri və Londonun sabiq meri Boris Conson seçilib. Bu barədə Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir.

Baş nazirin son rəqsi gündəm oldu – VİDEO

Conson çərşənbə günü, hazırkı baş nazir Tereza Mey səlahiyyətlərinin icrasını dayandırdıqdan sonra baş nazir olacaq.

Hazırkı baş nazirdən səlahiyyətlərin yeni baş nazirə keçməsinə dair rəsmi mərasim sabah baş tutacaq. Belə ki, Mey parlamentdə son dəfə olaraq parlamentarilərin suallarını cavablandıracaq. Bundan sonra kraliça II Elizabet Meyin istefasını qəbul edəcək və yeni baş nazirdən hökuməti formalaşdırmağı istəyəcək. Əsas postlara təyinatların sabah axşam saatlarında elan olunması gözlənilir.