CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri birgə təlim keçirəcəklər

"Eternity-2019" kompüter dəstəkli komanda qərargah təlimi müzakirə olunub
Sputnik

BAKI, 23 iyul — Sputnik. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019" kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.