RUSİYA

Rusiyada helikopter qəzaya uğrayıb

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır
Sputnik

BAKI, 23 iyul — Sputnik. Rusiyaya məxsus "Mi-2" tipli helikopter Adiqey Respublikasının Taxtamukay rayonunda qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Qəza nəticəsində helikopterin pilotu xəsarət alıb və rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.