Nüvə sazişi uçurum kənarında: Təcili görüş keçiriləcək

Vaşinqtonun hərəkətlərindən cana doyan avropalılar görüş tələb edirlər
Sputnik

BAKI, 23 iyul — Sputnik. Fars körfəzində tanker böhranının davam etdiyi bir vaxtda Tehran nüvə sazişinə hələ də üzv olan ölkələrlə təcili görüş keçirəcəyini bəyan edib.

ABŞ-ın yeni İran siyasətinin ilk qurbanı ən yaxın müttəfiqi oldu

Sputnik Azərbaycan "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, görüş iyulun 28-i baş tutacaq. Görüşün 2015-ci ildə imzalanmış nüvə sazişini qoruyub saxlamaq məqsədilə keçirildiyi bildirilir. Qeyd edək ki, Vaşinqtonun nüvə razılaşmasından çıxmasından sonra saziş qüvvəsini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Məlumata görə, görüşün keçirilməsini sazişin avropalı üzvləri tələb ediblər. Onlar ABŞ-ın sazişdən çıxmasına cavab olaraq İranın razılaşma çərçivəsində nəzərdə tutulmuş öhdəliklərini azaltmasından sonra yaranmış "yeni vəziyyəti" müzakirə etmək istəyirlər.

"İyulun 28-i Vyanada Hərtərəfli Birgə Fəaliyyət Planının birgə komissiyasının növbədənkənar görüşünün keçirilməsi razılaşdırılıb", - İran Xarici İşlər Nazirliyi deyib.