CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı mükafata layiq görüldü

Zülfiyyə Quluyeva "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata layiq görülüb
Sputnik

BAKI, 22 iyul — Sputnik. Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva ölkənin sosial-iqtisadi həyatı ilə bağlı yazdığı obyektiv məqalələrə görə mükafata layiq görülüb.

Sputnik Azərbaycan-ın əməkdaşı təltif edildi

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2019-cu ildə layiq görülən şəxslə bağlı qərarını açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplom ölkənin sosial-iqtisadi həyatı ilə bağlı yazdığı obyektiv məqalələrə görə Sputnik Azərbaycan BİA-nın əməkdaşı Zülfiyyə Quluyevaya təqdim ediləcək.

Partiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalisti və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir.