CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Söküntü işləri sakinləri qazsız qoydu

40 abonent qazsız qaldı, "Azəriqaz" İB xəbərdarlıq etdi
Sputnik

BAKI, 22 iyul — Sputnik. Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

Bu barədə “Azəriqaz” İctimai Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Lakin artıq problemin həllini tapdığı qeyd olunur. 

Yaranmış vəziyyətlə əlaqədar olaraq, “Azəriqaz” İB bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almalarını xahiş edir.