CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident qəzetlərə pul ayırdı

Maliyyə yardımı Prezidentin ehtiyat fondundan ayrılacaq
Sputnik

BAKI, 22 iyul — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.

Ekspert: "144 illik Azərbaycan mətbuatı öz missiyasını davam etdirir"

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.