Ölüm Amanoya aman vermədi

BAEA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib
Sputnik

BAKI, 22 iyul — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

Vəziyyət gərginləşir: Britaniya İrana qarşı atom qayığı göndərəcək
Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.

72 yaşlı yaponiyalı diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

Xatırladaq ki, o, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətinə BAEA-nın direktoru seçilib. Onun bu vəzifədə səlahiyyətləri 30 noyabr 2021-ci il tarixində bitməli idi.

BAEA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib.