CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranlı nazir müavini Azərbaycana gəlib: son durumu müzakirə edəcəklər

Qonaq Cavid Qurbanov və Şahin Mustafayevlə görüşəcək
Sputnik

BAKI, 22 iyul — Sputnik. İranın Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli Bakıya gəlib.

İranın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, S. Rəsulinin "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıq, xüsusilə Rəşt – Astara dəmir yolunda son vəziyyət haqqında fikir mübadiləsi aparacaqlar.