CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bəzi ərazilərində işıq olmayacaq

İşığın verilməsi dayandırılacaq, ehtiyatınızı əvvəlcədən tutun
Sputnik

BAKI, 22 iyul – Sputnik. Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.