BAKI, 22 iyul — Sputnik. Daim qalmaqalla gündəmə gələn müğənni Aysel Əlizadə Bob adlı itinə ad günü keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni öz "Instagram" səhifəsində paylaşım edib:
"Bölüşdüyüm, bəlkə, anlaya bilmədiyi, cavab verə bilmədiyi, amma mənimlə bu bir ildə sevgisini bölüşən, məni hiss edən və mənə görə depressiv əyləncəli, mənim gözlərimə diqqətlə baxıb halımı anlayan, bir çoxundan vəfalı itim, səni sevirəm".
Qeyd edəki, Aysel Əlizadə bu il 10 min dollara aldığı itin adını Bob qoyub. O, hətta öz iti üçün "Instagram"da səhifə də açıb. Aysel Əlizadə itinin ad günü ilə bağlı öz səhifəsi ilə yanaşı, Bobun səhifəsində də paylaşım edib.