CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: "144 illik Azərbaycan mətbuatı öz missiyasını davam etdirir"

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, Azərbaycanda azad media fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Sputnik

Bu gün Azərbaycan milli mətbuatının 144-cü ildönümü qeyd olunur.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a bildirib ki, bu gün Azərbaycan mətbuatı dünyanın sayılıb-seçilən mətbuatları sırasındadır:

"Azərbaycan mediasının problemsiz olduğunu iddia etmək olmaz, lakin ümumi mənzərə xoşdur: ölkədə qanunvericilik bazasında problem yoxdur və azad media fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bundan başqa, Azərbaycan dövlətinə rəhbərlik edən şəxs – prezident İlham Əliyev şəxsən özü dəfələrlə "Jurnalistlərin dostu" seçilib və bu seçimə hər zaman öz sadiqliyini nümayiş etdirib".

Qeyd edək ki, ölkədə ilk mətbu orqanın — əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda 1991-ci ildən Milli Mətbuat günü kimi qeyd olunur.

Ekspertin geniş şərhini audiofaylda dinləyə bilərsiniz