BAKI, 21 iyul — Sputnik. Rəqqasə Renka Instagram hesabında maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o bacısı ilə birlikdə mənzərli yerdən fotosessiyasını paylaşıb. Özü ağ, bacısı isə qara libasda obyektiv qarşısına keçərək meşəlik ərazidə ağacların üstündə pozlar veriblər.
"Bu şəkillərdən doya bilmirəm. Arxa dayağım, uşaqlarımın anası, yaxşı ki varsan. Biz iki tam fərqli insanıq. Sən sakit mən çılğın, sən sarışın mən qaraşın. Sən yumşaq, mən sərt. Heç bir xasiyyətimiz tutuşmur. Amma səndən yaxın insan bu dünyada mənə yaxın ola bilməz. Başımın bəlası. Şəkillər də o qədər gözəldir bizim ruh halımız" - rəqqasə paylaşımına əlavə edib.