Hava limanında iki təyyarə toqquşdu, xəsarət alan olmayıb

Uçuşa hazırlaşan təyyarə yedəyə alınan zaman digər təyyarənin qanadına dəyib
Sputnik

BAKI, 21 iyul – Sputnik. ABŞ-da iki təyyarə toqquşub. Sputnik AzərbaycanRİA Novosti”-yə istinadla xəbər verir ki, hadisə Tennessi ştatının Naşvill şəhərindəki beynəlxalq aeroporta olub.

Uçuşa hazırlaşan təyyarə yedəyə alınan zaman digər təyyarənin qanadına dəyib. Hər iki hava gəmisi “Southwest Airlines” şirkətinə məxsus olub.

Toqquşma zamanı xəsarət alan olmayıb.

Buna baxmayaraq, texniki baxışla əlaqədar hər iki təyyarə reysdən çıxarılıb.