HADİSƏ

Gənc oğlan süni göldə batdı

22 yaşlı gəncin hansı şəraitdə batdığı bilinmir
Sputnik

BAKI, 21 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Suda batan insanlar xilas edildi

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Süni göldə batan şəxsin meyiti sudan çıxarılıb. Batan şəxsin Qusar rayon sakini 1997-ci il təvəllüdlü Bağırov Adik Yavər oğlu olduğu bildirilir. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.