Ermənistanda hərbçi öldü – Müəmmalı şəkildə

19 yaşlı hərbçinin meyiti postda aşkar edilib
Sputnik

BAKI, 20 iyul — Sputnik. Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

Sputnik Ermənistan-ın verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.