RUSİYA

Türkiyə ilə ticarət ona düşmədi: Zavod rəhbəri tutuldu

Öz fəaliyyəti ilə Deqtyaryov 250 milyon rubl zərər vurub.
Sputnik

BAKI, 20 iyul — Sputnik. Rusiyada "VİP-Stroyinjirinq" şirkətinin rəhbəri Sergey Deqtyaryov Nijni Novqorodda "Qələbənin 70 illiyi" müəssisəsinin obyektlərinin tikintisi zamanı xüsusi ilə böyük həcmdə fırıldaqçılıq ittihamı ilə həbs olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mətbuatı məhkəmədə olan mənbələrinə istinadən xəbər verir.

Bu zavod "S-400", "S-500" və "Vityaz" komplekslərinin komponentlərini istehsal edir.

Qeyd olunur ki, Deqtyaryov sentyabrın 8-indən istintaq təcridxanasında saxlanılır.

Öz fəaliyyəti ilə Deqtyaryov 250 milyon rubl zərər vurub.