Bir gecədə iki təyyarə qaçırdı – Bütün ölkə o uşaqdan danışır

Uşaq təyyarələrdən birində idarəetməni itirib və hasara çırpılıb
Sputnik

BAKI, 20 iyul — Sputnik. Çində 13 yaşlı uşaq bir gecədə iki kiçik təyyarə qaçırıb. Bu barədə Sputnik Azərbaycan "Dailymail"-ə istinadən xəbər verir.

Video müşahidə kameralarının qeydə aldığı görüntüyə görə, gecə saatlarında yeniyetmə Çzyansu və Çjeşzyan vilayətləri arasında yerləşən Tayhu gölünün sahilindəki ekskursiya bürosunun anqarına daxil olub. O, nəinki pilotun kabinəsinə daxil olub, hətta təyyarələri idarə də edib.

Hadisə zamanı 13 yaşlı uşaq təyyarələrdən birində idarəetməni itirib və hasara çırpılıb. Bundan sonra o ikinci təyyarəyə daxil olub və park yerində üç dəfə dövrə edib. Ekskursiya bürosunun əməkdaşları hadisə barədə yalnız səhər saatlarında xəbər tutub. Belə ki, onlar özləri hadisənin şahidi olublar. Onlardan biri hadisədən bir gün sonra baş verənləri xatırlayıb. O, qeyd edib ki, yeniyetmə təyyarə mühərriklərin təmir olunmasını izləyib. Görünür iki saat müşahidə etmək, təyyarəni necə idarə etməyi öyrənməyə imkan verib.

13 yaşlı uşaq polisə hər şeyi etiraf edib. Onun ailəsi uşağın gecələr evdən qaçmasından xəbərsiz olub.