BAKI, 20 iyul — Sputnik. ABŞ Konqresinin nümayəndələr palatasının keşişi Patrik Konroy qanunverici orqanlarının üzvləri qarşısında dua oxuyarkən qaranlığın ruhunu qovub. Bu barədə Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir.
Qeyd olunur ki, dua oxuma mərasimi ABŞ prezidenti Donald Trampın irqçi bəyanatının qınandığı qətnamənin oxunmasından sonra baş tutub.
Keşiş, həmçinin palatadan məyusluq, nifaq və kədər ruhlarını da çıxarmaq üçün də dua edib.