CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elzadan daha bir qəribə addım

Elza Seyidcahan digər həmkarlarından fərqli olaraq bu yay istirahətdən imtina edib.
Sputnik

BAKI, 20 iyul — Sputnik. Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan bu dəfə də qeyri-adi addımı ilə hamını təəcübləndirməyi bacarıb. Sputnik Azərbaycan xəbər verir ki, ekstravaqant müğənni öz Instagram hesabında maraqlı paylaşım edib. Qumlu bədən fotosunu yayımlayan Elza Seyidcahan "Qumlu makiyajımızla axşam konsertimizə hazırlaşırıq" deyə bildirib.

Qeyd edək ki, Elza Seyidcahan digər həmkarlarından fərqli olaraq bu yay istirahətdən imtina edib. Müğənni açıqlamasında səbəb kimi yarımçıq qalmış musiqiləri tamamlamağı göstərib. Eyni zamanda müğənninin uzun müddət Amerikada yaşayan bacısı Rasimə də artıq Azərbaycana gəlib. Birlikdə layihələrinin olmasını bildirən müğənni yaxın vaxtlarda onları təqdim edəcəyini söyləyib.