HADİSƏ

"Maybach" saxlanıldı, sürücü sərxoş çıxdı

Sərxoş avtomobil sahibi onu buraxmalarını xahiş edib
Sputnik

BAKI, 19 iyul — Sputnik. Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində profilaktik tədbirləri davam etdirir.

Bakıda reyd başlanır: şikayət olunanı videoya çəkib aparacaqlar

Sputnik Azərbaycan xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Maybach" markalı avtomobil saxlanılıb.

Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib.

Faktla bağlı araşdırma aparılır.