HADİSƏ

Şirvanda kütləvi zəhərlənmə: Toy az qala vaya çevrilirdi

Bir neçə nəfər vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib
Sputnik

BAKI, 19 iyul — Sputnik. Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

Bakıda bazarda kütləvi zəhərlənmə baş verdi - SON XƏBƏR

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü qonaqlar arasında zəhərlənməyə səbəb olub. Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır. Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir. Bir neçə nəfər vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

Faktın təfərrüatları araşdırılır.