Sevil və Sevinc bacıları: “Sutka ərzində dayanmadan peşəkar iş gedir”

“Allah əziyyəti keçənləri peşman etməsin...”
Sputnik

BAKI, 19 iyul — Sputnik. Azərbaycanlı əkiz müğənnilər Sevil və Sevinc bacıları bu yay istirahətindən imtina ediblər. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bacılar öz "Instagram" hesablarında filmin çəklişləri ilə bağlı anons veriblər.

"Hər vaxtınız xeyir... Səhər açılan kimi Qızqaçırtma-3 çəkilişindəyik... Allah əziyyəti keçənləri peşman etməsin... Çünki bir ay boyunca bu istinin altında 24 saat dayanmadan peşəkar iş görürlər".

Qeyd edək ki, komediya janrında olan filmin rejissoru Rüfət Şahbazov, quruluşçu operatoru Əlçi Sultanovdur. 2017-ci ildə çəkilən filmin ilk bölümündə Elşən Hacıbabayev, Fərda Amin, Hacı İsmayılov, Taleh Yüzbəyov, Kənan Yusif çəkiliblər. Ekran əsərinin ilk nümayişi ilin sonuna nəzərdə tutulub.