Peskov bu dəfə türk börəklərindən danışdı

"Kremldə kiminlə əlaqənin yaradıldığını, kimə məlumat verildiyini bilmirəm"
Sputnik

BAKI, 19 iyul — Sputnik. Dmitri Peskov dünyanın ən uzun börəyini yapan bursalı börək ustası Hasan Acarın Rusiya istehsalı "S-400" zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi ilə bağlı Rusiya lideri Vladimir Putinə göndərdiyi börək barədə danışıb.

Peskov Paşinyanın yalanını üzə çıxardı
  Sputnik Türkiyə xəbər verir ki, jurnalistlər Kreml təmsilçisinə börəyi gözləyib-gözləmədiklərini soruşublar.

"Təbii ki, börəyə görə məmnun olarıq. Türk ustalar çox ləzzətli börəklər bişirirlər. Lakin hazırda bununla bağlı bir məlumatımız yoxdur. Kremldə kiminlə əlaqənin yaradıldığını, kimə məlumat verildiyini, börəyin nə vaxt gələcəyini bilmirəm", - deyə Peskov qeyd edib.

Peskov, Putinin bu gün Kremldə olmayacağını da bildirib: "Putin Sankt-Peterburqdan Maqnitaqorska uçacaq".