SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənov: "Ermənistan Qarabağ üzrə danışıqları qəsdən yubadır"

Səfir ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib
Sputnik

BAKI, 19 iyul — Sputnik. "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən uzadır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşdə deyib.

Zakir Həsənov: "Ermənistan Qarabağ üzrə danışıqları qəsdən yubadır"

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq, sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Ö.Litzenberger də öz növbəsində ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.