CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda intihar etmək istəyəni yerə endirdilər

İntihara cəhd etmək istəyən şəxsi fikrindən daşındırdılar
Sputnik

BAKI, 19 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1 nəfərin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olub. 

Sputnik Azərbaycan-ın FHN-in rəsmi saytına istinadən xəbərinə görə, daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.