BAKI, 19 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 2,45 dollar azalaraq 63,72 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,94 dollar artaraq 62,87 dollar, "Light" markalı neftin qiyməti isə 0,57 dollar bahalaşaraq 55,87 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.