CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təkər ustanı gözündən etdi

Kəllə-beyin travması alan ustanın vəziyyəti ağırdır
Sputnik

BAKI, 19 iyul — Sputnik. Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

Ağstafada yol qəzası iki can aldı

Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, rayonun Böyük Kəsik kəndində usta işləyən, 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu “KamAZ”ı təmir edərkən yük maşınının təkəri partlayıb.

Nəticədə ağır bədən xəsarətləri alan İ.Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

Kəllə-beyin travması alan İ.Mehdiyevin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.