BAKI, 19 iyul — Sputnik. Yunanıstanın paytaxtı Afinanın yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, təkanlar yerli vaxtla saat 11:13-də (Bakı vaxtı ilə 15:13-də) qeydə alınıb.
Təkanların episentri Afinadan 26 kilometr şimal-qərbdə yerləşib.
"Associated Press" xəbər verir ki, zəlzələ səbəbindən Afina sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.