CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə AÇIQLAMA

Fakt öz təsdiqini taparsa, daşıyıcı şirkət barədə ölçü götürüləcək
Sputnik

BAKI, 18 iyul — Sputnik. Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıyıcı şirkət barədə ölçü götürüləcək: "İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. Fakt öz təsdiqini taparsa, daşıyıcı şirkət tərəfimizdən ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq".

N.Allahyarova əlavə edib ki, sərnişinlər bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər.