SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfirlik Ermənistanla hərbi əməkdaşlığa dair xəbərləri təkzib edib

İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "İran İslam Respublikasının Azərbaycandakı səfirliyi olaraq iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Səfirlik bu kimi xəbərləri təkzib edir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi bildirib.

Onun sözlərinə görə, İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: "Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyirik".