MƏDƏNİYYƏT

Nuranın çimərlik geyimi göz qamaşdırdı

İstirahət fotolarını şəxsi Instagram səhifəsində paylaşan Nuranın çimərlik geyimindəki fotoları minlərlə bəyənmə sayı yığıb
Sputnik

BAKI, 18 iyul — Sputnik. Tətilə yollanan müğənnilər sırasına Nura Suri də qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni həmişəki kimi ölkə xaricini üstün tutub.

Nuranın budəfəki seçimi Türkiyə olub. O, istirahətə ailəsi ilə birlikdə gedib. İstirahət fotolarını şəxsi Instagram səhifəsində paylaşan Nuranın çimərlik geyimindəki fotoları minlərlə bəyənmə yığıb. Daim cazibədar geyimləri ilə diqqət mərkəzində olan xanım müğənninin izləyiciləri ifaçının ideal bədən quruluşuna heyranlıqlarını və onu hər zaman baxımlı xanım kimi çox bəyəndiklərini vurğulayıblar.

Qeyd edək ki, müğənni Nura Suri ötən ilin aprel ayında oğlu David ilə birlikdə Şotlandiyada istirahət etsə də, avqust ayında isə Gürcüstana yollanmışdı.