MƏDƏNİYYƏT

Əməkdar muğam ifaçısı meyxana dedi - VİDEO

Onun "Bir ürək" adlı mahnısı 1 günə 150 mindən artıq baxış toplayıb
Sputnik

BAKI, 18 iyul — Sputnik. Azərbaycanın Əməkdar artisti Nigar Şabanova ilk duetini oxuyub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni öz Instagram hesabında paylaşım edib.

Onun meyxanaçı Tərlan Novxanı ilə birlikdə ifa etdiyi "Bir ürək" adlı mahnısı 1 günə 150 mindən artıq baxış toplayıb. Nə üçün meyxanaçı ilə duet oxumağı ilə bağlı suallara cavab olaraq Nigar bu haqda yaxın günlərdə açıqlama verəcəyini bildirib. Sonda saç düzümünə və makiyajına görə öz bacısı, stilist Ramiləyə təşəkkür edən müğənni, ona hər zaman yanında olduğu üçün də minnətdarlıq etməyi unutmayıb.

Qeyd edək ki, Əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olan müğənni muğam müsabiqəsinin iştirakçısı olub. 30 yaşlı Nigar Şabanova 2018-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.