CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda vətəndaşlığa qəbul edilənlərin sayı açıqlandı

Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub
Sputnik

BAKI, 18 iyul — Sputnik. Azərbaycanda bu ilin 6 ayı ərzində 75 nəfər vətəndaşlığa qəbul edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, daimi yaşamaq üçün müraciətlər əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrdən daxil olub: "Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşları olub. Eyni zamanda, daimi yaşamaq üçün icazələrin sayında 31 faiz azalma müşahidə olunub".