İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Sputnik

BAKI, 18 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 2,39 dollar azalaraq 66,17 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,06 dollar artaraq 63,72 dollar, "Light" markalı neftin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 56,69 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.